“Hannover” “Qarabağ”ın futbolçusunu baxışa çağırıb

Xəbərlər
29 May 2024 17:34
169
“Hannover” “Qarabağ”ın futbolçusunu baxışa çağırıb

“Qarabağ”ın U-16 komandasının futbolçusu Nihat İsgəndərov Almaniyaya yollanıb.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Gənc oyunçu "Hannover" klubunun dəvəti ilə bu ölkəyə yollanıb. O, hazırda bu klubun düşərgəsindədir.

Nihat Almaniya təmsilçisində baxışdadır. O, mayın sonunadək bu komandanın heyətində məşq edəcək.

Qeyd edək ki, gənc futbolçu bir müddət əvvəl “Qalatasaray” Futbol Akademiyasında da baxışda olub.

İdman.biz