Azərbaycan Premyer Liqasında legioner limiti dəyişməyib

Xəbərlər
13 May 2024 20:40
191
Azərbaycan Premyer Liqasında legioner limiti dəyişməyib

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə tətbiq olunacaq legioner limiti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov açıqlayıb.

O bildirib ki, legioner limiti dəyişməz qalacaq. Növbəti mövsümdə də hazırkı limit tətbiq olunacaq. Hər komandanın heyətində meydanda eyni vaxtda ən azı 4 yerli, maksimum 7 legioner olacaq.

İcraiyyə Komitəsinin qərarına görə, legioner limiti 2025/26 mövsümündə 8+3 olacaq.

İdman.biz