“Bavariya”nın Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb

Xəbərlər
28 Mart 2024 17:35
“Bavariya”nın Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb

“Bavariya”nın baş məşqçisi Tomas Tuxelə ödəyəcəyi kompensasiyanın məbləği bəlli olub.

İdman.biz xəbər verir ki, Almaniya klubu yayda müqaviləsinə xitam verəcəyi mütəxəssisə 1 illik maaşını ödəyəcək.

Tuxel bu yay ayrılacağı Münhen təmsilçisindən 12 milyon avro alacaq. Klub baş məşqçi ilə razılıq əldə edib.

Qeyd edək ki, 26 turdan sonra turnir cədvəlində ikinci olan “Bavariya” liderdən 10 xal geri qalır.

İdman.biz

Məqalədə: