“Qalatasaray” futbol klubunun rusiyalı oyunçusu Aleksey Batrakovun həyat yoldaşı olan İrina Podşibyakina futbolçu ilə aralarındakı 10 yaş fərqi ilə bağlı tənqidlərə münasibət bildirib.
İdman.Biz bu barədə “Sport-Express”ə istinadən məlumat yayıb.
31 yaşlı Podşibyakinanın sözlərinə görə, 21 yaşlı həyat yoldaşı yaşından daha yetkin düşünür və münasibətlərinin əvvəlində də yaş fərqinin problem yaradacağından narahat olub.
“Onunla ünsiyyət quranda elə bilirsən ki, qarşındakı yetkin insandır, amma o, 2005-ci il təvəllüdlüdür. Bu, şokdur.
Düşünürəm ki, onu belə valideynləri yetişdirib. Mən dəfələrlə demişəm ki, Alekseyin belə böyüməsinə görə çox minnətdaram. O, xaraktercə, təbiətən belədir. Onun düşüncələri belədir. Gənc oğlan deyir: “Biz birlikdə olacağıq”. Mən də deyirəm: “İnanılmazdır”.
Əvvəldən deyirdim ki, aramızdakı yaş fərqinə görə çətin olacaq. O isə cavab verirdi ki, hər şeyə hazırdır, hər şey yaxşı olacaq. O, hərəkətləri ilə göstərdi ki, bu barədə narahat olmağa dəyməz. İndi bununla bağlı heç bir problem yoxdur.
Amma əvvəldən başa düşürdük ki, cəmiyyətdə bunu hər kəs qəbul etməyəcək. Lakin ikimiz də bundan uzaqlaşa bildik və başa düşdük ki, bu, bizim həyatımızdır. Birlikdə olub-olmayacağımıza da biz qərar verməliyik”, - deyə Podşibyakina qeyd edib.
Qeyd edək ki, cütlük 2026-cı ilin iyun ayında ailə qurublar.
