PSJ-nin vingeri Bredli Barkola böyük ehtimalla karyerasını “Liverpul”da davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu transfer pəncərəsi bağlanana qədər “qırmızılar”ın sıralarına qoşulacağı gözlənilir.
Hər iki klubun nümayəndələri də sövdələşməni yekunlaşdırmaqda qətiyyətlidir.
Barkolanın satışı böyük ehtimalla Liqa 1 tarixində ən bahalı transfer olacaq - keçidin dəyərinin 115 milyon avronu keçəcəyi gözlənilir.
Bredli Barkolanın “Transfermarkt” saytında təxmini bazar dəyəri 90 milyon avro göstərilir. Fransalı futbolçu PSJ-nin heyətində ümumilikdə 152 oyuna çıxıb, 39 qol vurub və 37 məhsuldar ötürmə edib.
