Premyer Liqa: “Tottenhem” və “Mançester Yunayted” mövsümə məğlubiyyətlə başlayıblar – YENİLƏNİB + VİDEO

22 Avqust 2026 22:33
1 035
Premyer Liqa: “Tottenhem” və “Mançester Yunayted” mövsümə məğlubiyyətlə başlayıblar – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının ilk turunda “Brentford” futbol klubu doğma meydanda “Tottenhem”i 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, ev sahibləri hesabı 12-ci dəqiqədə açıblar. Kin Lyuis-Potter fərqlənərək komandasını önə keçirib.

33-cü dəqiqədə Vitali Yanelt “Brentford”un üstünlüyünü artırıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə isə Mikael Kayode üçüncü qolu vurub.

55-ci dəqiqədə İqor Tyaqo penalti zərbəsindən yararlana bilməyib.

“Tottenhem”in yeni transferləri Endryu Robertson və Sandro Tonali qarşılaşmaya start heyətində başlayıblar.

İkinci turda “Tottenhem” doğma meydanda “Nyukasl”ı qəbul edəcək. “Brentford” isə səfərdə “Lids”lə qarşılaşacaq.

20:13

İngiltərənin “İpsviç” futbol klubu birinci turda doğma meydanda “Sanderlend”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, hesab 24-cü dəqiqədə açılıb. Xulio Ensisonun ötürməsindən sonra Emersonn fərqlənib.

“Sanderlend” 39-cu dəqiqədə tarazlığı bərpa edib. Nilson Anqulo rəqib qapısına yol taparaq hesabı 1:1 edib.

Matçın taleyi son dəqiqələrdə həll olunub. Saşa Lukiçin ötürməsindən sonra Cek Klark “İpsviç”ə qələbə qazandıran qolu vurub.

“İpsviç” növbəti oyununu avqustun 30-da "Mançester Yunayted"ə, “Sanderlend” isə avqustun 30-da "Fulhem"ə qarşı keçirəcək.

Turun digər oyunlarında “Everton” doğma meydanda “Kristal Palas”ı 2:0 hesabı ilə məğlub edib. Mersisayd təmsilçisinin heyətində Kirnan Dyusberi-Holl 42-ci, Tyerno Barri isə 53-cü dəqiqədə fərqlənib.

"Everton" ikinci turda "Bornmut"un qonağı olacaq. “Kristal Palas” isə avqustun 28-də "Mançester Siti"ni qəbul edəcək.

“Lids” isə səfərdə “Nottingem Forest” üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmanın yeganə qolunu oyunun sonlarında Anton Ştax vurub.

"Lids" ikinci tur avqustun 30-da “Brendfor”la qarşılaşacaq.“Nottingem Forest” isə bir gün əvvəl "Liverpul"un qonağı olacaq.

Beləliklə, “İpsviç”, “Everton” və “Lids” Premyer Liqanın ilk turuna qələbə ilə başlayıblar.

17:37

İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün birinci turunda “Hall Siti” və “Mançester Yunayted” komandaları qarşılaşıb. Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, “Hall Siti” 17-ci dəqiqədə Semi Adayinin qolu ilə hesabı açıb. 38-ci dəqiqədə isə Nabel Mendi komandasının üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, “Hall Siti” ötən mövsüm Çempionşipdə 73 xalla altıncı yeri tutub və pley-offda qalib gələrək Premyer Liqaya vəsiqə qazanıb. “Mançester Yunayted” isə 71 xalla İngiltərə yüksək divizionunu üçüncü pillədə başa vurub.

Növbəti turda “pələnglər” avqustun 29-da səfərdə “Koventri Siti” ilə qarşılaşacaq. “Qırmızı şeytanlar” isə avqustun 30-da “İpsviç Taun”u qəbul edəcək.

İdman.Biz