İsveçrədə yerləşən dağ-xizək kurortlarından birində baş verən yanğın zamanı Fransanın “Metz” klubunda çıxış edən 19 yaşlı Tairis Dos Santos xəsarət alıb.
İdman.Biz xəbər verir ki, hadisə Yeni il gecəsi kurort ərazisindəki barlardan birində baş verib.
İlkin məlumatlara görə, yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 110-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğın zamanı Tairis Dos Santos obyektin ikinci mərtəbəsində olub. O, alovdan xilas olduqdan sonra yenidən binaya qayıdaraq sevgilisini çıxarmağa çalışıb.
Hazırda futbolçu xəstəxanadadır. Onun başının arxa hissəsində və bədəninin böyük hissəsində yanıq xəsarətləri var. Onu qarşıda uzunmüddətli bərpa prosesi gözləyir.
