Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs edildi - FOTO

Xəbərlər
26 Dekabr 2025 12:33
78
Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs edildi - FOTO

Türkiyə futbolunda aparılan mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barədə saxlanılma qərarı verilib. Saxlanılanlar arasında Azərbaycan millisinin sabiq müdafiəçisi də var.

İdman.Biz xəbər verir ki, Azərbaycanın U-17 və U-19 yığmalarında çıxış etmiş Karakaş ümumilikdə 14 oyun keçirib.

O, baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında U-17 Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiya (0:1) ilə qarşılaşmalarda meydanda olub.

Qeyd edək ki, Karakaş karyerasını hazırda Türkiyənin Üçüncü Liqasında çıxış edən “Erciyes-38” klubunda davam etdirir və komandanın kapitanıdır. Onunla iyul ayında bir illik müqavilə imzalanıb. Komandanın azarkeşlərinin rəğbətini qazanmış və hər oyun qələbə üçün əlindən gələni edən futbolçu kimi tanınır.

İdman.Biz
Məqalədə: