İtaliya Superkubokunda final gecəsi: “Napoli” və “Bolonya” üz-üzə gəlir

Xəbərlər
22 Dekabr 2025 09:41
43
İtaliya Superkubokunda final gecəsi: “Napoli” və “Bolonya” üz-üzə gəlir

Bu gün İtaliya Superkubokunda həlledici oyun baş tutacaq.

İdman.Biz xəbər verir ki, finalda “Napoli” ilə “Bolonya” qarşılaşacaq.

Matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, Kral Səud Universitetinin stadionunda keçiriləcək.

Oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Xatırladaq ki, 2024-cü ildə "Milan" finalda "İnter"i 3:2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb.

İdman.Biz