Misli Premyer Liqası: 15-ci turda dörd cəzalı

Xəbərlər
13 Dekabr 2025 13:20
37
Misli Premyer Liqası: 15-ci turda dörd cəzalı

Misli Premyer Liqasının 15-ci turunda dörd nəfər cəza səbəbindən iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, onlardan ikisi məşqçisi, digərləri isə futbolçulardır.

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç və köməkçisi Veliçko Kaplanoviç "Neftçi" ilə görüşdə texniki zonada yer ala bilməyəcəklər.

"İmişli"nin legioneri Ronaldo Rodriges cəzalı olduğu üçün "Karvan-Yevlax"la oyunda, "Qəbələ"nin müdafiəçisi Murad Musayev eyni səbəbdən "Kəpəz"lə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, bu gün 15-ci tura iki oyunla start veriləcək.

İdman.Biz