İspaniya La Liqasında növbəti turda “Alaves”lə qarşılaşacaq “Real” ciddi kadr problemləri ilə üz-üzədir.
İdman.Biz xəbər verir ki, Madrid klubunun müdafiə xətti demək olar ki, tam sıradan çıxıb.
Qarşıdakı oyunda “Real”ın aşağıdakı futbolçuları iştirak etməyəcək:
- Din Heysen – zədə
- Eder Militao – zədə
- Trent Aleksander-Arnold – zədə
- Dani Karvahal – zədə
- David Alaba – zədə
- Ferlan Mendi – zədə
- Alvaro Karreras – qırmızı vərəqə
- Fran Qarsiya – qırmızı vərəqə
- Endrik – qırmızı vərəqə.
Bu qədər itki Madrid təmsilçisinin “Alaves”lə oyunda müdafiə xəttində ciddi çətinlik yaşayacağını deməyə əsas verir.
