Argentinanın “Rosario Sentral” klubunda çıxış edən Anxel Di Mariyanın gələcək planları diqqət çəkib.
İdman.Biz xəbər verir ki, təcrübəli hücumçu açıqlamasında futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırdığını deyib.
Di Mariya bildirib ki, yaxın dostu və komanda yoldaşı Leandro Paredes ilə birlikdə gələcəkdə həm “Rosario Sentral”, həm də “Boka Xuniors”u çalışdırmaq istəyirlər.
“Hazırda məşqçilik üçün müvafiq lisenziya kursları keçirəm. Komandalarımız 4-3-3 sxemi ilə sona qədər mübarizə aparacaq”, - deyə argentinalı futbolçu vurğulayıb.
