Argentinanın “Rosario Sentral” klubunda çıxış edən ulduz futbolçu Anxel Di Mariya ölkəsində daha bir titula sahib olub.
İdman.Biz xəbər verir ki, Argentina Futbol Federasiyası mövsümün bütün mərhələləri üzrə ən çox xal toplayan “Rosario Sentral”ı ölkə çempionu elan edib.
Bu nəticə komandanın Libertadores Kubokuna vəsiqə qazanması ilə nəticələnib.

Qərar Argentina futbol ictimaiyyətində müzakirələr yaradıb. Çünki rəsmi çempion müəyyənləşdirilsə də, klublar mövsümün iki mərhələsinin qaliblərini müəyyən etmək üçün pley-off oyunlarına davam edəcək və “qızıl oyun”da ümumi ən güclü komanda bəlli olacaq.
Qeyd edək ki, bu titul Anxel Di Mariyanın peşəkar karyerasındakı 37-ci mükafatdır.
