Uğur Cahangirov: “İnanırıq ki, “Kəpəz”lə oyunda 3 xal qazanan tərəf biz olacağıq”

Xəbərlər
20 Noyabr 2025 10:31
20
Uğur Cahangirov: “İnanırıq ki, “Kəpəz”lə oyunda 3 xal qazanan tərəf biz olacağıq”

“Neçə vaxtdır yeni stadionumuzun hazır olmasını gözləyirdik. Sevinirik ki, növbəti oyunumuzu öz doğma meydanımızda, azarkeşlərimizin önündə oynayacağıq”.

Bunu Misli Premyer Liqasının XII turunda Yevlaxda “Kəpəz”i qəbul edəcək “Karvan-Yevlax”ın hücumçusu Uğur Cahangirov deyib.

Cari mövsümdə ilk dəfə evdə mübarizə aparacaq debütantın futbolçusu əlavə edib:

“Bildiyiniz kimi, 11 turdur səfərdə oynayırdıq və bunun çətinliyini çəkirdik. Hətta deyərdim ki, biz öz meydanımızda oynasaydıq, bu gün 5 deyil daha çox xal toplaya bilərdik. Oyuna tam ciddi və motivasyali şəkildə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yaxşı səviyyədədir. İnanırıq ki, “Kəpəz”lə oyunda 3 xalı götürən tərəf biz olacağıq”, - deyə fanat.az-a açıqlamasında deyib.

İdman.Biz