Bölgə təmsilçisinin baş məşqçisi üçün son şans

Xəbərlər
17 Noyabr 2025 12:44
48
Bölgə təmsilçisinin baş məşqçisi üçün son şans

“Karvan-Yevlax”ın rəhbərliyi baş məşqçi Azər Həşimova son şansı verib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının XII turu çərçivəsində baş tutacaq “Kəpəz”lə matçda məğlub olsa, Həşimovla yollar ayırılacaq.

Bildirilib ki, klub rəsmiləri komandanın uğursuz çıxışından narazıdır. Yevlax təmsilçisi autsayderlə görüşdən də xalsız ayrılacağı təqdirdə Həşimov istefaya göndəriləcək.

Qeyd edək ki, 11 turdan sonra aktivində 5 xal olan “Karvan-Yevlax” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Ağ-qaralar” sonuncu pillədəki “Kəpəz”i cəmi 2 xal qabaqlayır. “Karvan-Yevlax” - “Kəpəz” matçı isə noyabrın 21-i Yevlax şəhər stadionunda baş tutacaq.

İdman.Biz