“Neftçi”nin qapıçısı Rza Cəfərov əvəzedici heyətə göndərilib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov qərar çıxarıb.
Azərbaycan millisinin üzvü ötən gün Əvəzedicilər Liqasında oyuna da çıxıb.
Qolkiper “Neftçi-2”nin IX turda “Qəbələ-2”yə qalib gəldiyi (2:1) görüşdə forma geyinib.
Cəfərov Samir Abasovun planlarına daxil deyil. “Çərçivə qoruyucusu”nun qışda “Kəpəz”ə icarəyə veriləcəyi gözlənilir.
