Anna Başta: “Səhv etməyə haqqım yox idi”

Xəbərlər
3 Oktyabr 2023 15:29
165
Anna Başta: “Səhv etməyə haqqım yox idi”

"Çox çətin idi. Artıq bir neçə ildir ki, ilk “16-lıq”da olduğum üçün qrup mərhələlərində iştirak etmirdim. Amma bu elə bir idman növüdür ki, hər şeyə hazır olmalısan”.

Bunu İdman.biz saytına Azərbaycan yığmasının qılıncoynadanı Anna Başta deyib.

Sablya üzrə millinin lideri Belçikanın Gent şəhərində keçirilən “Flemish Open Championships”də çıxışını dəyərləndirib. O bildirib ki, 25-ci dəfə təşkil olunan beynəlxalq turnir qızıl medal qazanmaq heç də asan olmayıb: “15 zərbə şansınız olduqda rəqibinizi izləmək üçün, öyrənmək və nəyisə dəyişmək üçün imkanınız çox olur. Amma bu yarışda cəmi 5 zərbə imkanı oldu. Səhv etməyə haqqım yox idi. Mənim üçün bu yarışlar gələcək hazırlığım üçün vacibdir. Çünki onların sayəsində səhvlərimi təhlil edib, məşqçi ilə birlikdə aradan qaldırıram”.

Qeyd edək ki, turnirdə digər idmançılarımızdan Polina Kaspiaroviç və Zərifə Hüseynova ilk “10-luğ”a düşüblər. Səbinə Kərimova 11-ci, Valeriya Bolşakova 22-ci, Sevil Bünyatova isə 25-ci olub.

Şəbnəm Rəhimova

İdman.biz