Anna Başta Fransaya yollanır

Xəbərlər
5 Dekabr 2023 15:05
446
Anna Başta Fransaya yollanır

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Qran-pri yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, dekabrın 7-9-da baş tutacaq yarışda Azərbaycan 6 qadın idmançı ilə təmsil olunacaq.

Komandamızın heyətində Anna Başta, Valeriya Bolşakova, Alina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova yer alacaqlar.

Qeyd edək ki, turnirdə yalnız sablya növü üzrə idmançılar şəxsi kateqoriyada ən güclünü müəyyənləşdirəcəklər.

Emin Ağa
İdman.biz