Keyn İngiltərə millisinin tarixinə düşüb

Xəbərlər
21 İyun 2024 09:11
160
Keyn İngiltərə millisinin tarixinə düşüb

Harri Keyn AVRO-2024-də ilk qolunu vurub.

İdman.biz xəbər verir ki, İngiltərə millisinin kapitanı Danimarka ilə matçda fərqlənib.

Keyn dördüncü final mərhələsində qol sevinci yaşayıb. O, İngiltərə yığmasının tarixində bunu bacaran üçüncü futbolçudur. Yalnız Maykl Ouenlə Ueyn Runi dörd böyük turnirdə fərqlənib.

Keyn həm dünya, həm Avropa çempionatlarında 5 qol səddini fəth edib. O, bunu bacaran ilk ingiltərəli oyunçudur.

Qeyd edək ki, İngiltərə Danimarka ilə görüşdə xal itkisi ilə üzləşib – 1:1.

İdman.biz

Məqalədə: