Bakıda veloyürüş keçirilib - FOTO

Xəbərlər
23 Sentyabr 2023 13:08
Bakıda veloyürüş keçirilib - FOTO

Sentyabrın 23-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş təşkil edilib.

İdman.biz xəbər verir ki, "Dədə Qorqud" parkı ərazisindən start verilən tədbirdə çox sayda əhali iştirak edib.

Yürüşdə peşəkar və həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər. Velosipedçilər park ərazisindən saat 10:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.

İdman.biz