"İdman hamı üçün" layihəsi çərçivəsində sentyabrın 23-də veloyürüş təşkil ediləcək.
İdman.biz xəbər verir ki, "Dədə Qorqud" parkı ərazisində saat 10:00-dan 11:00-dək davam edəcək tədbirdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
İdman.biz