Qədir Hüseynov Azərbaycan çempionu olub

Xəbərlər
27 Noyabr 2023 11:24
402
Qədir Hüseynov Azərbaycan çempionu olub

Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb.

Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.

İki yarışın yekununa əsasən 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub.

Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər. Əlavə göstəricilərdə üstün olan Kənan Qarayev turniri üçüncü yerdə başa vurub.

Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır. Reqlamentə əsasən, ilk üç yeri tutacaq şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanıb.

İdman.biz