Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək

Xəbərlər
8 İyul 2025 15:41
38
Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək

22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, “Sirab” və “RAHAT” mağazalar şəbəkəsinin dəstəyilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış iyulun 13-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq.

Turnir A və B qrupundan ibarət olacaq. Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək. Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk üç yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız birinci yerin sahibləri diplomla təltif olunacaq.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Bu turnir sayca yeddinci yarış olacaq.

İdman.biz