Eltac Səfərlidən ilk xal itkisi

Xəbərlər
10 İyun 2025 01:20
42
Eltac Səfərlidən ilk xal itkisi

Almaniyanın Münhen şəhərində keçirilən “International Whitsun” şahmat turnirin də daha iki tur arxada qalıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli yarışın 4-cü turunda ilk dəfə xal itirib.

O, 3-cü turda Deyan Kostova (Bolqarıstan) qalib gəlib. Növbəti partiyada isə Eltac Vitaliy Bernardskiylə (Ukrayna) xalları yarıya bölüb.

Bu nəticələrdən sonra Səfərli 3,5 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. Norveçli Elham Amar isə maksimum nəticə ilə liderlik edir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 tur davam edəcək turnirdə 20-si qrossmeyster olmaqla 157 zəka sahibi mübarizə aparır.

İdman.biz