Azərbaycan şahmatçısı dünya çempionatında dördüncüdür

Xəbərlər
25 Oktyabr 2023 10:54
170
Azərbaycan şahmatçısı dünya çempionatında dördüncüdür

Şarm Əl-Şeyxdə (Misir) 8-12 yaşlı uşaqlar arasında şahmat üzrə dünya çempionatının IX turunun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, ikinci pillədə qərarlaşan Xaqan Əhməd (U-12) vyetnamlı Nam Nquyenə uduzub.

O, 6,5 xalla 6-cı yerdədir. Proxor Moskvinov (FİDE) ilə bərabərə qalaraq 11-ci yerə yüksələn Paşam Əlizadə Əhməddən yarım xal geri qalır.

Qızlar arasında Mehriban Əhmədli (U-8) 4-cü yerdədir. Onun 6,5 xalı var.

Nicat Zəkiyev

İdman.biz