“Qətər Masters”: Karlsen 16-cı, Səmədov 64-cü olub

Xəbərlər
20 Oktyabr 2023 22:40
221
“Qətər Masters”: Karlsen 16-cı, Səmədov 64-cü olub

Dohada şahmat üzrə keçirilən “Qətər Masters” turniri başa çatıb.

İdman.biz xəbər verir ki, sonuncu - IX turda Azərbaycan təmsilçilərindən yeganə qələbəni Gülnar Məmmədova qazanıb.

Bu tur da xalı yarı bölən Read Səmədov şahmatçılarımız arasında ən yaxşı göstəriciyə nail olub. O, 64-cü pilləni tutub.

9 turun yekununda 2 Özbəkistan şahmatçısı - Nodırbek Yakuboyevlə Nodırbek Abdusattarovun xalları və əlavə göstəriciləri eyni olub. Bu səbəbdən də əlavə 2 partiya oynanılıb. Hər 2 partiyanı qazanan Yakuboyev “Qətər Masters”in qalibi olub. Yarışın əsas favoritlərindən sayılan norveçli Maqnus Karlsen isə 16-cı yeri tutub.

IX tur
Əhməd Əhmədzadə - Leon Luke Mendonka (Hindistan) - 0:1
Read Səmədov – Emre Can (Türkiyə) – 0,5:0,5
Vüqar Rəsulov – Huy Giya Banh (Viyetnam) - 0,5:0,5
Xanım Balacayeva – Kim Yev Çan (Malaziya) – 0,5:0,5
Gülnar Məmmədova – Josia Sterman (ABŞ) – 1:0

Turnir cədvəli: 1 Nodırbek Yakuboev – 9 xal, 2. Nodırbek Abdusattarov (hər ikisi Özbəkistan) - 7, 3. Narayanan.S.L (Hindistan) – 6,5... 64. Read Səmədov – 5... 73. Əhməd Əhmədzadə, 89. Vüqar Rəsulov – hər ikisi 4,5... 108. Gülnar Məmmədova – 4... 139. Xanım Balacayeva – 3.

Emin Ağa

İdman.biz