İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, 2008-2009-cu il təvəllüdlü 60 boksçu 12 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Üç gün davam edən birinciliyin sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.
Nəticələrə əsasən, Kamal Məmmədov (44 kq), Musa Əliyev (46 kq), Mirkərim Seyidov (48 kq), Fikrət Abbasov (50 kq), Babək Babayev (52 kq), Ümid Məmmədov (54 kq), Haqverdi Həsənov (57 kq), Ruhin Səfərov (60 kq), Müzəffər Bəylərov (63 kq), Uğur Əliyev (66 kq), Nurlan Nəsirov (70 kq) və Turqay Abbasov (75 kq) öz çəki dərəcələrində birinciliyin qalibi olublar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyasının birgə təşkil etdiyi yarış boksun regionda inkişafı, idmançıların döyüş təcrübəsinin artırılması, perspektivlilərin aşkara çıxarılması və yığma komandaya cəlbinə xidmət edir.
İdman.biz