Azərbaycanın çimərlik futbolu millisinin oyunçusu Orxan Məmmədov Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, yığmamızın digər futbolçusu Ramil Əliyev isə 5 qolla bombardir olub.
Qeyd edək ki, seçmə mərhələdə ikinci pilləni tutan millimiz Avropa Superfinalına vəsiqə qazanıb. Superfinal 7-14 sentyabr tarixlərində İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.
İdman.biz