"Abşeron" legioneri ilə vidalaşıb

14 Fevral 2025 14:16
304
"Abşeron" legioneri ilə vidalaşıb

"Abşeron" basketbolçusu Jaja Davislə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Amerikalı basketbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Davis ötən il Bakı təmsilçisinin heyətinə qatılmışdı.

İdman.biz