Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, yığma A qrupunda mübarizə aparacaq.
Komandamız bu mərhələdə İsveçrə, İslandiya və İrlandiya yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.

