Ən güclü badmintonçularımız bəlli olub - FOTO

Xəbərlər
5 Dekabr 2023 13:03
603
Ən güclü badmintonçularımız bəlli olub - FOTO

Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 17 yaşadək badmintonçular arasında keçirilən ölkə birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.

Oğlanların şəxsi yarışında Sərxan Bağırov qalib adını qazanıb. Qızlarda isə eyni kateqoriya üzrə Həcər Nuriyeva hamıdan güclü olub.

Oğlan cütlüklərdə Sərxan Bağırov və Əli Gözəlov bütün görüşlərini qələbə ilə başa vurub. Qız cütlüklərdə Həcər Nuriyeva və Nərmin Hüseynova bütün rəqiblərini qabaqlayıb. Qarışıq qoşa yarışlarda isə Sərxan Bağırov və Həcər Nuriyeva qızıl medala yiyələniblər.

Qeyd edək ki, ilk 3 yerin sahibləri diplom və medallarla təltif olunublar.

İdman.biz