Azərbaycanlı badmintonçu Edi Reski Dviçayo Uelsin paytaxtı Kardiffdə keçirilən “International challenge” seriyalı turnirin yarımfinalında mübarizəni dayandırıb.
İdman.biz xəbər verir ki, “YONEX Welsh International Badminton Championship” yarışında Edi yerli idmançıya uduzub.
Mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb (18-21, 21-14, 21-18). 1/8 finalda isveçrəli Tobias Kuenziyə 2:0 (21-16, 21-15) hesabı ilə qalib gələn badmintonçumuz 1/4 finalda Almaniya təmsilçisi Fabian Rozunu məğlub edib - 2:0 (21-10, 21-20).
Dviçayo finalın bir addımlığında İngiltərə badmintonçusuna uduzub. Çolan Kayana ilə görüş 0:2 (10-21,10-21) hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, Edi yarımfinala yüksəlməklə hesabına 2800 reytinq xalı yazdırıb.
İdman.biz