Ölkəmizdə qadın badmintonçular arasında təşkil olunan Avropa çempionatinin təsnifat mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması son görüşdə Slovakiya komandasını məğlub edib.
Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə ibarət milli rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Bu, Azərbaycan qadın badmintonçularının turnirin tarixində ilk qələbəsi kimi tarixə düşüb.
Nəticədə Azərbaycan yığması təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şotlandiya 1-ci, Estoniya isə 2-ci yeri tutub. Turnirin qalibi əsas mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz ilk iki oyunda Şotlandiya (0:5) və Estoniya (1:4) komandalarına uduzub.
İdman.biz