Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti qələbəni qazanıb.
İdman.biz xəbər verir ki, yığma Çexiyanın paytaxtı Praqada keçirilən yarışda 2-ci görüşdə İrlandiya ilə qarşılaşıb.
3:2 hesabı ilə qalib gələn badmintonçularımız pley-offa yüksəlib.
Komandamızın dekabrın 13-dəki pley-offda rəqibi Çexiya - Avstriya cütünün qalibi olacaq.
Qeyd edək ki, ilk oyunda yığmamız Norveçi 4:1 hesabı ilə məğlub edib. Avropa çempionatının təsnifat mərhələsi Parisdə-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.
İdman.biz