Azərbaycan Şotlandiyaya məğlub olub

Xəbərlər
7 Dekabr 2023 23:54
277
Azərbaycan Şotlandiyaya məğlub olub

Badminton üzrə Avropa çempionatının təsnifat mərhələsinin ilk günü başa çatıb.

İdman.biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk oyununda Slovakiya və Estoniya komandaları qarşılaşıb.

Oyun estonların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun gününün ikinci qarşılaşması heyətində yeniyetmə badmintonçulardan yeni formalaşan Azərbaycanla təcrübəli Şotlandiya yığması arasında keçirilib. Oyun rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandamızın heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyeva yer alıb.

İdman.biz