AFFA Samir Abasovu 3 oyunluq diskvalifikasiya edib

Xəbərlər
16 Noyabr 2023 15:00
238
AFFA Samir Abasovu 3 oyunluq diskvalifikasiya edib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Sumqayıt” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə hərəsi 700 manat cərimələnib.

Həmin matçda qonaqların baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün cəzaları toplanılıb. Bu dəfə 1, həmçinin sentyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə meydandan kənarlaşdırıldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 matç diskvalifikasiya olunub. Buna görə “Sumqayıt” 1000 manat ziyana düşəcək.

“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə “ağ-qaralar” əlavə 800 manat ödəyəcək.

İdman.biz