Qurban Qurbanovun “10”u və “onluq”

Xəbərlər
29 Mart 2024 22:09
Qurban Qurbanovun “10”u və “onluq”

Qurban Qurbanov Azərbaycan futbol tarixində yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, 52 yaşlı mütəxəssis baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu olub.

Qurbanov özünün sahibi olduğu rekordu yeniləyib. O, bütün çempionluqlarını 2008-ci ilin yayından rəhbərlik etdiyi “Qarabağ”la qazanıb.

İlk uğuru 2013/14 mövsümündə gerçəkləşən Qurbanov yalnız 2020/21 mövsümündə qızılsız qalıb. Onqat ölkə çempionunun ən yaxın izləyicisi Ağasəlim Mircavadov ondan ikiqat fərqlə geri qalır.

On dəfə qızıl medal qazanan Qurbanovdan başqa ümumilikdə 10 məşqçi bu uğura sevinib. Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Tsxadadze, Arif Əsədov və Samir Abasov bir dəfə belə uğura imza atıb.

1992. Əhməd Ələsgərov
1993. Ağasəlim Mircavadov
1993/94. Kazbek Tuayev
1994/95. Mehman Allahverdiyev
1995/96. Kazbek Tuayev
1996/97. Kazbek Tuayev
1997/98. Mehman Allahverdiyev
1998/99. Mehman Allahverdiyev
1999/2000. Ağasəlim Mircavadov
2000/01. Ağasəlim Mircavadov
2003/04. Kazbek Tuayev
2004/05. Ağasəlim Mircavadov
2005/06. Böyükağa Hacıyev
2006/07. Ağasəlim Mircavadov
2007/08. Valentin Xodukin
2008/09. Qyoko Haciyevski
2009/10. Kaxaber Sxadadze
2010/11. Arif Əsədov
2011/12. Böyükağa Hacıyev
2012/13. Böyükağa Hacıyev
2013/14. Qurban Qurbanov
2014/15. Qurban Qurbanov
2015/16. Qurban Qurbanov
2016/17. Qurban Qurbanov
2017/18. Qurban Qurbanov
2018/19. Qurban Qurbanov
2019/20. Qurban Qurbanov
2020/21. Samir Abasov
2021/22. Qurban Qurbanov
2022/23. Qurban Qurbanov
2023/24. Qurban Qurbanov

Vüqar Xeyrullayev
İdman.biz