Yığmanın Monteneqroya qarşı heyəti açıqlanıb

Xəbərlər
12 Mart 2024 18:49
251
Yığmanın Monteneqroya qarşı heyəti açıqlanıb

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlaşacaq yığmaya 19 oyunçu cəlb olunub.

Yığma martın 25-31-də Bakıda təlim-məşq toplanışı keçəcək. U-19 aprelin 1-də seçmə mərhələnin keçiriləcəyi Latviyanın paytaxtı Riqaya yollanacaq. Millimiz ilk oyununu aprelin 3-də Monteneqroya qarşı keçirəcək. Ayın 9-da Bolqarıstanla üz-üzə gələcək yığma 3 gün sonra meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək.

Oyunların təqvimi
3 aprel

Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

6 aprel
Bolqarıstan - Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00

Yığmanın heyəti

S

AD/SOYAD

KLUB

1

Mehriban Şahməmmədova

Neftçi

2

Güləsər İsmailova

Araz-Naxçıvan

3

Aydan Əkbərova

Baku Juniors

4

Aysel Ziyadova

Qəbələ

5

Aytac Mirzəyeva

Neftçi

6

Fatimyi Zəhra Huseynli

WFC Vera (Gürcüstan)

7

Səma Həsənli

Qəbələ

8

Müjgan Seyidova

Neftçi

9

Fatimə Əhmədova

Baku Cuniors

10

Aydan Həsənova

Neftçi

11

Buse Nur Kocabey

Asya Spor (Türkiyə)

12

Röya Əliyeva

Baku Juniors

13

Mələk Hacıyeva

Baku Juniors

14

Şəkər Piriyeva

Araz-Naxçıvan

15

Aysu Murtuzayeva

Neftçi

16

İntizar Haqverdiyeva

Baku Juniors

17

Lalə Abbaszadə

Neftçi

18

Nailə Əliyeva

Baku Juniors

19

Fidan Abışova

Baku Juniors

İdman.biz