“Neftçi” Polşada heç-heçə oynayıb - VİDEO

Xəbərlər
17 İyul 2025 21:12
71
“Neftçi” Polşada heç-heçə oynayıb - VİDEO

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Təl-Əviv “Hapoel”i ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hər iki görüşün ilk hissəsində vurulub. "Ağ-qaralar"ın heyətində Emin Mahmudov fərqlənib.

Yoxlama oyunu
17 iyul
19:00. “Neftçi” - “Hapoel” (Tel-Əviv, İsrail) - 1:1
Qol:
Emin Mahmudov
Mieyski stadionu

Qeyd edək ki, “Neftçi” iyulun 22-də yerli “Termalika”, 5 gün sonra Yunanıstanın “Asteras” və avqustun 1-də Kiprin AEL komandaları ilə üz-üzə gələcək.

İdman.biz