“Qəbələ-2” futbol komandası Əvəzedicilər Liqasının ikinci turunda “Şəfa-2”ni böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ-2”nin heyətində Fərid İsgəndərov, Elnur Mustafayev və Daniel Eşimoxay hərəyə bir dəfə fərqləniblər. Cuma Hüseynov isə dubla imza atıb.
Bu nəticədən sonra xalını altınya çatdıran “Qəbələ-2” turnir cədvəlinin lideri olub.
