Adrian Mutu: “Komandamın buna cavabı çox yaxşı oldu”

Xəbərlər
10 Dekabr 2023 21:31
273
Adrian Mutu: “Komandamın buna cavabı çox yaxşı oldu”

“Ağır, çətin qarşılaşma idi, aqressiv rəqibə qarşı oynayırdıq. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVI turunu qələbə ilə başa vuran “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis “Turan Tovuz”la 3:2 hesabı ilə qalib gəldikləri oyunda iki top buraxdıqları üçün narazı qalıb. Mutu yüksək əvhal-ruhiyyədə olduqlarını və eyni uğuru "Qarabağ"la görüşdə davam etdirmək istədiklərini bildirib: “Qapımızda iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Daha yuxarı pillələrdə qərarlaşmaq istərdik. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. "Qarabağ"a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk”.

Qeyd edək ki, hesabında 25 xal olan “Neftçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

İdman.biz