Penaltini qaçıran Renat "Hatayspor"u xalsız qoyub

Xəbərlər
10 Dekabr 2023 20:27
255
Penaltini qaçıran Renat "Hatayspor"u xalsız qoyub

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında uğursuzluq yaşayıb.

İdman.biz xəbər verir ki, “Hatayspor”un forvardı 15-ci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

“Başakşəhər”lə səfər matçında Renat komandasını məğlubiyyətdən xilas etmək imkanı qazanıb. O, qarşılaşmanın 90+9-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsini qaçırıb. Meydanı xalsız tərk edən “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Hatay klubu növbəti tur öz meydanında “Qaziantep”lə üz-üzə gələcək. Oyun dekabrın 16-da keçiriləcək.

İdman.biz