FİFA-nın baş katibinə ”Zirə”nin forması təqdim edilib - FOTO

Xəbərlər
9 Dekabr 2023 23:08
340
FİFA-nın baş katibinə ”Zirə”nin forması təqdim edilib - FOTO

FİFA-nın baş katibi Fatma Samoura “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədovla görüşüb.

İdman.biz xəbər verir ki, qonaq Azərbaycan Premyer Liqasının “Zirə” - “Araz Naxçıvan” oyununu izləyib.

Fatma Samouraya ”Zirə” futbol klubunun simvolik forması təqdim edilib.

Oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da olub.

İdman.biz