Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Ümraniyəspor” öz meydanında 3 xal əldə edib.
Coşqunun komandası 15-ci turda “Keçiörəngücü” ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə başa çatıb. Diniyevin 71-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək, qələbə böyük pay sahibi olub.
Qeyd edək ki, son 4 oyunda 3 qələbə qazanan “Ümraniyəspor” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. 18 xalı olan komanda növbəti turda “Ərzurumspor”un qonağı olacaq.
İdman.biz