Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Xəbərlər
11 İyun 2025 11:40
39
Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

İyunun 13-14-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yarışda Gürcüstan və Tacikistandan olan idmançıların iştirakı nəzərdə tutulub.

İdman.biz