"Dünya çempionu olacağıma inanırdım".
İdman.biz bildirir ki, bu sözləri Azərbaycan yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) Zaqrebdə keçirilən dünya çempionatında qızıl medal qazanması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
"Ümid edirəm ki, üçüncü dəfə də dünya çempionu ola biləcəyəm. Turnirin əsas qarşılaşması finaldır. Bu rəqiblə 2023-cü il Avropa çempionatının həlledici görüşündə, eləcə də ötənilki dünya çempionatının finalında qarşılaşmışam. O mənim üçün ən çətin rəqibdir. Onu üç dəfə məğlub etmişəm və ümid edirəm ki, yenə də məğlub edəcəyəm”, - deyə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Qənizadədən sitat gətirir.
O, hakimlikdən narazı olduğunu da qeyd edib:
"Bu, bir qədər ədalətsiz qərar idi. Parter zamanı mən fransızı döşəkdən atdım və bir-iki xal qazana bilərdim, lakin onlar vermədilər. Çox şükür ki, yenə xal qazandım və üstünlüyümü qoruya bildim".
Qənizadə sonda qələbəsini kimə həsr etdiyini deyib.
“Bu qələbəni müzəffər ordumuza və atamın ruhuna həsr edirəm”, - deyə ikiqat dünya çempionu əlavə edib.