Murad Əhmədiyev: "Ən vacibi Aleksanyan üzərində qələbə idi" - VİDEO

Xəbərlər
21 Sentyabr 2025 00:19
47
Murad Əhmədiyev: "Ən vacibi Aleksanyan üzərində qələbə idi" - VİDEO

"İlk döyüşümdə italiyalıya, daha sonra qırğızıstanlı güləşçiyə qalib gəldim".

İdman.biz bildirir ki, bu sözləri Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanmasını şərh edərkən deyib.

"Bundan sonra güclü erməni idmançıya qalib gəldim. Yarımfinalda 1:1 hesabı ilə uduzsam da, bürünc medal uğrunda mübarizədə macarıstanlını məğlub etdim", - Əhmədiyev bildirib.

O, Artur Aleksanyanla döyüşünün əhəmiyyətini xüsusilə qeyd edib:

"Bu döyüş mənim üçün ən vacib idi. Onu məğlub etməkdən yaxşı heç nə yoxdur. Son saniyələr xüsusilə çətin idi; döşəkdən çıxa bilərdim, amma dözdüm və qələbə qazandım".

Dünya çempionatının bürünc mükafatçısı əlavə edib ki, medalı ailəsinə həsr edir.

İdman.biz