Eldəniz Əzizli dünya çempionatlarında ən çox medal qazanaraq Azərbaycan güləşində yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, Xorvatiyanın Zaqreb şəhərində o, 55 kq çəki dərəcəsində bürünc medal qazanaraq dünya çempionatında yeddinci fəxri kürsüsünə yüksəlib.
Bununla da Azərbaycan yığmasının kapitanı dörd qızıl və üç bürünc medal qazanaraq ölkə üçün yeni rekordu müəyəynləşdirib. Bu nailiyyətlə o, altı dünya çempionatı medalı (iki qızıl, üç gümüş və bir bürünc) olan Mariya Stadniki üstələyib.
İdman.biz