Hakimlərimizin kateqoriyası yüksəlib

Xəbərlər
12 Avqust 2025 15:47
45
Hakimlərimizin kateqoriyası yüksəlib

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, cari iyunun 25-28-də İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçib.

Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər.

Qeyd edək ki, bununla da II dərəcəli hakimlərimizin sayı 8-ə çatıb.

İdman.biz