Güləş üzrə U-20 Avropa çempionatı - bu gün bir gümüş və iki bürünc medal - YENİLƏNİB

Xəbərlər
6 İyul 2025 22:18
180
Güləş üzrə U-20 Avropa çempionatı - bu gün bir gümüş və iki bürünc medal - YENİLƏNİB

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, bu gün mübarizəni sərbəst güləşçilər davam etdiriblər.

Azərbaycan idmançısı Omar Gülməmmədov 74 kq çəki dərəcəsində ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.

Anar Cəfərli də 92 kq çəki dərəcəsində gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabı ilə məğlub edərək U20 Avropa çempionatının bürünc mükafatçısı olub.

Yusif Dursunov 125 kq çəki dərəcəsində finalda rusiyalı İnal Qaqloyevə (UWW) 0:11 hesabıyla uduzaraq gümüş medal qazanıb.

Digər təmsilçilərimizdən Bəşir Verdiyev (61 kq) və Məhəmməd Abbaszadə (86 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olublar.

İdman.biz